...

Azərbaycan vətəndaşları internet vasitəsilə şəxsiyyət vəsiqəsi, pasport ala biləcəklər

Cəmiyyət Materials 20 Oktyabr 2011 12:58 (UTC +04:00)
Azərbaycan vətəndaşları yaxın gələcəkdə internet vasitəsilə şəxsiyyət vəsiqəsi, pasport ala biləcəklər.
Azərbaycan vətəndaşları internet vasitəsilə şəxsiyyət vəsiqəsi, pasport ala biləcəklər

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan vətəndaşları yaxın gələcəkdə internet vasitəsilə şəxsiyyət vəsiqəsi, pasport ala biləcəklər. Trend-in məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov "Azərbaycan" qəzetinin bugünkü sayında dərc olunmuş məqaləsində bildirib.

Nazir qeyd edib ki, Prezidentin müvafiq fərmanına uyğun olaraq, əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkili üzrə də əhəmiyyətli işlər görülür.

Bu tədbirlər çərçivəsində yaxın müddətdə vətəndaşlara internet vasitəsi ilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, müxtəlif xarakterli arayışlar, xüsusi icazə və lisenziyalar almaq və s. imkanları yaradan sistem istifadəyə veriləcək.

Nazirin sözlərinə görə, bütövlükdə elektron xidmətlərin siyahısı 25 istiqaməti əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti