...

Azərbaycanda neft dağılmaları və neft sənayesi ilə bağlı fövqəladə hallara hazırlıq planı hazırlanıb

Cəmiyyət Materials 3 Noyabr 2011 10:29 (UTC +04:00)
Azərbaycanda neft dağılmaları və neft sənayesi ilə bağlı milli səviyyədə fövqəladə hallara hazırlıq planı hazırlanıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin İnfrastrukturun İnkişafı Baş İdarəsinin rəisi Tariyel Hüseynov bildirib.
Azərbaycanda neft dağılmaları və neft sənayesi ilə bağlı fövqəladə hallara hazırlıq planı hazırlanıb

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda neft dağılmaları və neft sənayesi ilə bağlı milli səviyyədə fövqəladə hallara hazırlıq planı hazırlanıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin İnfrastrukturun İnkişafı Baş İdarəsinin rəisi Tariyel Hüseynov bildirib.

Hüseynovun sözlərinə görə, Xəzər dənizində texnogen gərginlik mövcuddur.

"Xəzər dənizi vasitəsilə hər il 10 milyon tondan çox neft daşınır. Xəzər dünyada qapalı hövzədə ən böyük gərginliyin olduğu dənizdir. Bu baxımdan belə bir milli fəaliyyət planının hazırlanmasına ehtiyac var", - FHN rəsmisi deyib.

Xəbər lenti

Xəbər lenti