...

Gələn il ağır atletika üzrə dünya çempionatı Lənkəranda keçiriləcək

Cəmiyyət Materials 8 Noyabr 2011 10:35 (UTC +04:00)
Oktyabrın 29-dan noyabrın 5-dək Cənubi Kipr Respublikasının Limasol şəhərində Ağır Atletika üzrə Ustalar arasında 42 dövlətin 450-dən cox usta atletlərinin iştirakı ilə keçirilən 27-ci kişilər, 18-ci qadınlar arasında dünya çempionatı başa çatıb.
Gələn il ağır atletika üzrə dünya çempionatı Lənkəranda keçiriləcək

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir B.Hacıyev/

Oktyabrın 29-dan noyabrın 5-dək Cənubi Kipr Respublikasının Limasol şəhərində Ağır Atletika üzrə Ustalar arasında 42 dövlətin 450-dən cox usta atletlərinin iştirakı ilə keçirilən 27-ci kişilər, 18-ci qadınlar arasında dünya çempionatı başa çatıb.

Trend-in çərşənbə axşamı Azərbaycan Ağır Atletika Federasiyasının saytına istinadən yaydığı məlumata görə, bu çempionatda milli yığma komandanın 4 usta ağır atleti iştirak edib.

Bunlardan Akif Alıyev 50-54 yaş qrupu üzrə 56 kq çəki dərəcəsində (75 kq +90 kq) ümumi 165 kq nəticə ilə I yerə, Aftandil Hümbətov 35-39 yaş qrupu üzrə 69 kq çəki dərəcəsində (100 kq +127 kq) ümumi 227 kq nəticə ilə II yerə, Ağakərim Kərimov 35-39 yaş qrupu üzrə +105 kq çəki dərəcəsində (135 kq +160 kq) ümumi 295 kq nəticə ilə III yerə, Natiq Ağayev isə 45-49 yaş qrupu üzrə 105 kq çəki dərəcəsində (100 kq +115 kq) ümumi 225 kq nəticə ilə VII yerə layiq görülüblər.

20-ci qadınlar, 22-ci kişilər arasında Avropa çempionatı 2012-ci ildə mayın 29-dan iyunun 5-dək Lənkəran şəhərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti