...

Azərbaycanda qadın futbolunun inkişafı ilə bağlı görülən işlər müzakirə edilib

Cəmiyyət Materials 9 Noyabr 2011 13:05 (UTC +04:00)
FİFA rəsmisi – FİFA-nın Qadın Futbolunun İnkişafı üzrə meneceri Mayrilian Kruz-Blankonun Azərbaycana səfəri başlayıb.
Azərbaycanda qadın futbolunun inkişafı ilə bağlı görülən işlər müzakirə edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir B.Hacıyev/

FİFA rəsmisi - FİFA-nın Qadın Futbolunun İnkişafı üzrə meneceri Mayrilian Kruz-Blankonun Azərbaycana səfəri başlayıb. Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla Mayrilian Kruz-Blanko arasında görüş keçirilib.

Trend-in çərşənbə günü AFFA-nın rəsmi satına istinadən yaydığı məlumata görə, Azərbaycanda qadın futbolunun inkişafı ilə bağlı görülən işlər barədə FİFA rəsmisinə ətraflı məlumat verilib, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin startına qalan müddət ərzində qadın futbolu ilə əlaqədar həyata keçiriləcək layihələr müzakirə olunub.

2012-ci il sentyabrın 22-dən oktyabrın 13-dək FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycanda keçiriləcək.

FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012 ilə bağlı FİFA-nın geniş tərkibli nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Xəbər lenti

Xəbər lenti