...

Təhsil Nazirliyi Azərbaycanda şagirdlər üçün yeni layihə həyata keçirəcək

Cəmiyyət Materials 10 Noyabr 2011 12:15 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Mərkəzi Bankla birgə orta məktəblərdə "Şagirdlərin maliyyə bacarıqlarının gücləndirilməsi" layihəsini həyata keçirəcək.
Təhsil Nazirliyi Azərbaycanda şagirdlər üçün yeni layihə həyata keçirəcək

Azərbaycan, Bakı, 10 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi Mərkəzi Bankla birgə orta məktəblərdə "Şagirdlərin maliyyə bacarıqlarının gücləndirilməsi" layihəsini həyata keçirəcək. Bu barədə cümə axşamı Trend-ə Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Aydın Əhmədov məlumat verib.

Layihənin icrasını olduqca vacib sayan Əhmədovun sözlərinə görə, bu iş hələlik pilot seçilmiş məktəblərdə həyata keçiriləcək. Hazırda isə layihənin icrası üçün ilkin təşkilati işlər aparılır və həyata keçiriləcək tədbirlər müəyyənləşdirilir.

Şöbə müdiri deyib ki, layihə çərçivəsində şagirdlərdə müasir dövrün maliyyə bacarıqları formalaşdırılacaq.

"Bunun üçün standartlar və dərsliklər gücləndiriləcək. Nəzərdə tuturuq ki, fakültativ proqramlar hazırlayaq", - Əhmədov əlavə edib.

Nazirlik rəsmisi qeyd edib ki, layihəni icra etmək üçün Mərkəzi Bank vasitəsilə beynəlxalq ekspertlər də Azərbaycana dəvət olunub və onlar burada bununla bağlı geniş təqdimat keçiriblər.

Xəbər lenti

Xəbər lenti