...

Naxçıvandan İrana çuğundur ixracına başlanılıb

Cəmiyyət Materials 11 Noyabr 2011 11:58 (UTC +04:00)
Ötən gün Naxçıvan Muxtar Respublikasından İranın Qərbi Azərbaycan əyalətinə ixrac edilən çuğundurun ilk partiyası göndərilib. Bunu İranın Poldəşt şəhər icra başçısı Cəlil Qəffari deyib.
Naxçıvandan İrana çuğundur ixracına başlanılıb

Azərbaycan, Bakı, 11 noyabr / Trend müxbir T.Cəfərov/

Ötən gün Naxçıvan Muxtar Respublikasından İranın Qərbi Azərbaycan əyalətinə ixrac edilən çuğundurun ilk partiyası göndərilib. Bunu İranın Poldəşt şəhər icra başçısı Cəlil Qəffari deyib. Bu barədə cümə günü Trend İranın İRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

O bildirib ki, iki ölkə arasında imzalanmış müqaviləyə əsasən, cari ildə (İranda il martın 21-də dəyişir) Naxçıvandan İranın Qərbi Azərbaycan əyalətinə 40 min ton çuğundur idxal olunacaq.

"Naxçıvan MR-də 1600 hektar ərazidə çuğundur əkilməsi haqqında saziş imzalanıb. Naxçıvan MR-də istehsal olunan çuğundur İranın Qərbi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı Təşkilatının ekspertlərinin nəzarəti altında əkilir və cari ildə hasilat ötən illə müqayisədə iki dəfə çoxalıb", - Qəffari deyib.

Onun sözlərinə görə, Naxçıvandan idxal olunacaq çuğundur İranın Xoy şəkər zavodunda emal olunacaq və istehsal olunacaq 4 min ton şəkər elə Naxçıvan MR-ə ixrac ediləcək.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun başçılıq etdiyi nümayəndə heyəti bu il sentyabrın 6-da İranın Qərbi Azərbaycan əyalətində səfərdə olub. Talıbov səfər zamanı İranın Qərbi Azərbaycan əyaləti və Naxçıvan MR arasında kənd təsərrüfatı və heyvandarlıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi haqqında müzakirələr aparıb.

Xəbər lenti

Xəbər lenti