...

Kür və Araz çaylarında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb

Cəmiyyət Materials 14 Noyabr 2011 10:33 (UTC +04:00)
Kür və Araz çaylarında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb
Kür və Araz çaylarında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 14 noyabr /Trend müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, noyabrın I ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının III ongünlüyünə nisbətən 16 m3/san. artaraq 181 m3/san. təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 4, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.

Araz çayı üzrə Horadiz və I Şahsevən məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 4.65-7.80 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Xəbər lenti

Xəbər lenti