...

Azərbaycanda bəzi istirahət mərkəzlərinin lisenziyaları ləğv edilib

Cəmiyyət Materials 27 Sentyabr 2011 15:23 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi ölkə ərazisində lisenziyasız fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərə qarşı müvafiq tədbirlər görəcək.
Azərbaycanda bəzi istirahət mərkəzlərinin lisenziyaları ləğv edilib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi ölkə ərazisində lisenziyasız fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərə qarşı müvafiq tədbirlər görəcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Bakıda keçirilən ümumrespublika daxili turizm konfransında çıxışı zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

"Bununla bağlı müvafiq orqanlara ciddi tapşırıqlar verilib. Bundan əlavə, Lənkəranda fəaliyyət göstərən "Xəzər", Qəbələdə fəaliyyət göstərən "Sahil" istirahət mərkəzlərinin lisenziyaları ləğv edilib. Lisenziyanın ləğvinə səbəb həmin müəssisələrin normal xidmət təşkil edə bilməməsidir", - nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti