Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Dövlət Sərhəd Xidməti həkim-mütəxəssislər və orta tibb heyəti üçün işə qəbul elan edib.
Xidmətdən Trend-ə verilən məlumata görə, 24 vakant yer terapevt, kardioloq, pulmonoloq, nefroloq, infeksionist, immunoloq, psixiatr, ümumi cərrah, neyrocərrah, uroloq, onkoloq, travmatoloq, texnik, laborant və digər ixtisaslar üzrədir.
Həkim-mütəxəssis vəzifələrinə yalnız müddətli həqiqi hərbi xidmət keçmiş və yaşı 30-a qədər olan kişilər qəbul olunur.
Həkim-mütəxəssis vəzifələrinə təyin ediləcək şəxslər göstərilən ixtisaslar üzrə kifayət qədər nəzəri biliklərə və iş təcrübəsinə malik olmalıdırlar.
Orta tibb heyəti vəzifələrinə yaşı 30-a qədər olan kişi və qadınların qəbulu həyata keçirilir.
İşə qəbul olunmaq istəyənlər DSX-nin hərbi hospitalına (Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi, 99) müraciət edə bilərlər.