Аzərbaycan, Bakı, 13 dekabr /Trend/
Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsi ikinci və üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.
Trend-in məlumatına görə, qanun layihəsini təqdim edən parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, qanun mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatlarının ərzaq məhsulları istehsalı və kənd təsərrüfatı, elmi-tədqiqat, seleksiya və maarifləndirmə fəaliyyətlərini tənzimləyəcək.
Sənəd mədəni bitkilərin indiki və gələcək nəsillərin maraqlarını nəzərə almaqla sosial-mədəni və tarixi irsin mühafizəsi üçün qorunmasını, səmərəli istifadəsində dövlət siyasətinin hüquqi əsaslarını müəyyənləşdirəcək.
Müzakirələr zamanı deputatlar qeyd ediblər ki, aqrar sənayedə ən mühüm məsələlərdən biri bitkilərin genetik ehtiyatlarının qorunmasıdır.