...

Beynəlxalq televiziya kanallarında Azərbaycan haqqında yeni reklam çarxı yayımlanır (VİDEO)

Cəmiyyət Materials 17 Dekabr 2011 23:06 (UTC +04:00)
“Eurovision - 2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan haqqında yeni reklam çarxı hazırlanmışdır.
Beynəlxalq televiziya kanallarında Azərbaycan haqqında yeni reklam çarxı yayımlanır (VİDEO)

"Eurovision - 2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan haqqında yeni reklam çarxı hazırlanmışdır.

Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş ingilis dilində olan reklam çarxı artıq beynəlxalq telekanallarda yayımlanır. Ölkəmizi tanıtdıran videoçarxda Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva çəkilmişdir.

İki dəqiqəlik çarx Rusiyanın "Shandesign" studiyası tərəfindən hazırlanmışdır.

Ölkəmizi tanıtdıran reklam çarxında təbii sərvətlərimiz nümayiş etdirilir və Azərbaycanın "Odlar Yurdu" adlandırılmasının tarixindən bəhs edilir. Videoçarxda Azərbaycan xalçaları, milli musiqi alətlərimiz, məşhur Qarabağ atları, ölkəmizin qədim memarlıq abidələri və müasir inşaat layihələri nümayiş olunur.

Xəbər lenti

Xəbər lenti