...

Sumqayıt şəhərində 50 metr uzunluğunda tort kəsilib (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2011 14:17 (UTC +04:00)
Azərbaycanın Sumqayıt şəhərində şənbə günü 50 metr uzunluğunda tort kəsilib.
Sumqayıt şəhərində 50 metr uzunluğunda tort kəsilib (FOTO)

Azərbaycan, Bakı, 24 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycanın Sumqayıt şəhərində şənbə günü 50 metr uzunluğunda tort kəsilib. Trend-in məlumatına görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu münasibətlə keçirilən tədbirdə bildirib ki, 12 ton çəkisi olan tort Azərbaycan Prezidenti İlham Əliyevin 50 illik yubileyi münasibəti ilə hazırlanıb.

Öz çıxışında icra başçısı Prezident İlham Əliyevin Sumqayıta daim diqqət göstərdiyini qeyd edib.

Tоrtun üzərində Аzərbаycаnın müхtəlif bölgələrinin, tаriхi mеmаrlıq аbidələrinin, görməli yеrlərinin görüntüləri öz əksini tаpıb.

Tədbirdə qeyd olunub ki, hazırlanan un məmulatı Avropanın ən böyük tortudur. Sonra tədbir konsert proqramı ilə davam etdirilib.

Tortun hazırlanması təklifi ilə sumqаyıtlı iş аdаmlаrı Gəncə sаhibkаrlаrının təşəbbüsünə qоşulаrаq çıхış еtmişdilər.

Tortun hazırlanmasında 22 min yumurta, 2 ton un, 400 kq kərə yağı, 300 kq qozdan istifadə olunub.

Xəbər lenti

Xəbər lenti