...

Azərbaycanda məhkəmə qərarını icra etməyən 800-ə yaxın borclunun ölkədən getməsinə qadağa qoyulub

Cəmiyyət Materials 29 Dekabr 2011 10:14 (UTC +04:00)
Azərbaycanda məhkəmə qərarını icra etmədiyi üçün 800-ə yaxın borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.
Azərbaycanda məhkəmə qərarını icra etməyən 800-ə yaxın borclunun ölkədən getməsinə qadağa qoyulub

Azərbaycan, Bakı, 29 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda məhkəmə qərarını icra etmədiyi üçün 800-ə yaxın borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.

Ədliyyə Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu il icraata daxil olan işlərin sayı xeyli artaraq 130 mini ötüb.

Görülən təsirli tədbirlər nəticəsində onların 80 faizdən çoxunun icrasına nail olunub.

Məlumata görə, qanunvericiliyin tələblərini pozan və icradan qərəzli yayınan 1600 nəfər inzibati məsuliyyətə cəlb olunub, 180 şəxs barəsində cinayət işi başlanılıb və digər məcburiyyət tədbirləri tətbiq edilib.

Həyata keçirilən tədbirlərə baxmayaraq, Konstitusiyada məcburiliyi təsbit olunmuş məhkəmə qərarlarının icrasından hər bir vəchlə yayınma hallarına rast gəlinir.

Nazirlikdən bildirilib ki, bu günlərdə Nəsimi rayon icra şöbəsinə borcla bağlı həbs qoyulmuş avtomobilin üzərindən bu qadağanın götürülməsi barədə məhkəmə qərarı və bu əmlaka aid digər rəsmi sənədlər təqdim olunub.

Sənədlərin həqiqiliyi şübhə doğurduğundan araşdırma aparılıb və onların tam saxta olduğu müəyyən edilib.

Araşdırma nəticəsində qanunazidd əməllərin qarşısı alınıb, faktla bağlı toplanmış materiallar araşdırılması və tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Xəbər lenti

Xəbər lenti