Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Nazirlər Kabineti "Bir sıra dövlət müəssisələrinin borclarının tənzimlənməsi barədə" qərarına dəyişiklik edib.
Trend-in Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, dəyişikliyə görə, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin bu qərara əsasən silinən 65,6 milyon manat debitor borcunun 43,9 milyon manatının həmin Cəmiyyətin 2010-cu ilin maliyyə təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilməsi təmin edilir.