Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir T.Cəfərov/
ABŞ-ın "Battlefield3" (Sahə döyüşü) oyununa cavab olaraq İranda "Iranian Guards" (İran mühafizəçiləri) adlı oyun istehsal olunacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İranın FARS xəbər agentliyi məlumat verir.
Məlumata əsasən, bir qrup iranlı mütəxəssis "Battlefield3" oyununda ABŞ-ın İrana hücum etməsini nəzərə alaraq, istehsal edəcəkləri oyuna "Iranian Guards" (İran mühafizəçiləri) adını seçdiklərini açıqlayıblar.
"Iranian Guards"ın istehsalçıları həmin oyunu kompüterdən əlavə, PS3 və X360 proqramlarına uyğun istehsal edəcəklərini deyiblər.