...

Azərbaycanda xristian məhkumlar Milad bayramını qeyd ediblər (FOTO)

Cəmiyyət Materials 9 Yanvar 2012 11:47 (UTC +04:00)
Azərbaycanda xristian məhkumlar Milad bayramını qeyd ediblər.
Azərbaycanda xristian məhkumlar Milad bayramını qeyd ediblər (FOTO)

Azərbaycan, Bakı, 9 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda xristian dininə ibadət edən məhkumlar Milad bayramını qeyd ediblər.

Penitensiar Xidmətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, ayrı-ayrı cəzaçəkmə müəssisələrdə xristian dininə ibadət edən şəxslər üçün təşkil olunmuş ibadət otaqlarında bu mərasimlərin keçirilməsinə şərait yaradılıb.

Bu tədbirlərdə Penitensiar Xidmətlə əməkdaşlıq edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının keşişləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti