...

Azərbaycanda orta tibb işçilərinin sertifikasiyasına başlanıldı

Cəmiyyət Materials 16 Yanvar 2012 13:41 (UTC +04:00)
Bu gündən Azərbaycanda orta tibb işçiləri üçün sertifikasiya imtahanlarına start verilib.
Azərbaycanda orta tibb işçilərinin sertifikasiyasına başlanıldı

Azərbaycan, Bakı, 16 yanvar / Trend müxbir İ.İsabalayeva/

Bu gündən Azərbaycanda orta tibb işçiləri üçün sertifikasiya imtahanlarına start verilib.

Səhiyyə Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, ilkin mərhələdə imtahanda tibb müəssisələrində beş ildən artıq tibbi fəaliyyətdə olmamış, könüllü qaydada hazırlıq kurslarını keçmiş 60 nəfər tibb bacısı iştirak edir. İmtahanın şərtlərinə görə, 100 sualdan ən azı 60 suala düzgün cavab verən mütəxəssislər növbəti mərhələyə, müsahibəyə buraxılacaqlar.

İmtahanın nəticələri sabah açıqlanacaq.

Tibbi fəaliyyətdə olan tibb bacıları üçün növbəti imtahan yanvarın 23-də keçiriləcək.

Ötən ilin yanvarından Azərbaycanda həkimlərin sertifikasiyasına başlanılıb.

Ötən il 3035 həkim sertifikat alıb.

Sertifikasiya iki mərhələdə keçirilir. İlk mərhələdə həkimlər imtahan verirlər. Bu mərhələdən keçən həkimlər sonra müsahibədən keçirlər. Müsahibə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən aparılır.

Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçənlər 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.

Xəbər lenti

Xəbər lenti