...

"Eurovision" müsabiqəsinin icraçı rəhbəri: Azərbaycan yenə də qalib gələ bilər

Cəmiyyət Materials 26 Yanvar 2012 18:37 (UTC +04:00)
Azərbaycan son dörd il ərzində "Eurovision" mahnı müsabiqəsində yüksək səviyyədə təmsil olunub.
"Eurovision" müsabiqəsinin icraçı rəhbəri: Azərbaycan yenə də qalib gələ bilər

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Azərbaycan son dörd il ərzində "Eurovision" mahnı müsabiqəsində yüksək səviyyədə təmsil olunub. Trend-in məlumatına görə, bunu cümə axşamı "Eurovision" mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand deyib.

"Dörd illik təmsilçilikdən sonra Azərbaycanın bu müsabiqədə qalib gəlməsi bizim üçün şok deyildi. Azərbaycan bu il də müsabiqənin qalibi ola bilər", - Sand bildirib.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötənilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti