...

Azərbaycanda fevral ayında 2 milyon kvadrat metrdən artıq ərazi minalardan təmizlənib

Cəmiyyət Materials 9 Mart 2012 12:38 (UTC +04:00)
2012-ci ilin fevral ayı ərzində 2 234 482 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Azərbaycanda fevral ayında 2 milyon kvadrat metrdən artıq ərazi minalardan təmizlənib

Azərbaycan, Bakı, 9 mart / Trend müxbir E.Mehdiyev/

2012-ci ilin fevral ayı ərzində 2 234 482 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə cümə günü Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Bu dövrdə 153 PHS və 4 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir.

Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 185 850161 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 665 354-dür.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Füzuli, Göygöl, Qazax, Tərtər, Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Xəbər lenti

Xəbər lenti