...

Trend İnformasiya Agentliyi bölgə müxbirinin tutulmadığını bəyan edir

Cəmiyyət Materials 23 Mart 2012 12:07 (UTC +04:00)
Trend İnformasiya Agentliyinin Quba rayonunda Zaur Quliyev adlı bölgə müxbiri yoxdur.
Trend İnformasiya Agentliyi bölgə müxbirinin tutulmadığını bəyan edir

Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir E.Mehdiyev/

Trend İnformasiya Agentliyinin Quba rayonunda Zaur Quliyev adlı bölgə müxbiri yoxdur. Bunu cümə günü Trend-ə agentliyin Azərbaycan redaksiyasının rəhbəri Emil Hüseynli deyib.

Hüseynlinin sözlərinə görə, bəzi KİV-lərdə Quliyevin Trend-in bölgə müxbiri olması barədə yayılan məlumat heç bir həqiqəti əks etdirmir.

"Trend yayılan məlumatları təkzib edir və yoxlanılmadan, qarşı tərəfin mövqeyi olmadan bu cür məlumatların yayılmasından təəssüflənir", - Hüseynli əlavə edib.

Qeyd edək ki, bəzi KİV-lərdə polislər tərəfindən saxlanılan Zaur Quliyevin Trend-in bölgə müxbiri olduğu barədə yanlış məlumat yayılıb.

Xəbər lenti

Xəbər lenti