...

Jurnalistlər üçün "Məhkəmə qərarlarının icrası sahəsində aktual problemlər" mövzusunda seminar keçiriləcək

Cəmiyyət Materials 28 Mart 2012 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart / Trend müxbir K.Zərbalıyeva/

Jurnalistlər üçün "Məhkəmə qərarlarının icrası sahəsində aktual problemlər" mövzusunda təlim-seminar keçiriləcək.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi" layihəsi çərçivəsində Qubada aprelin 7-8-də keçiriləcək seminar praktik jurnalistlər üçün nəzərdə tutulub.

Seminarda iştirak etmək istəyən jurnalistlərin ərizələri qəbul edilir.

Təlimlərdə ölkənin müxtəlif KİV-lərini təmsil edən 20 jurnalistin iştirakı nəzərdə tutulur. İnteraktiv şəkildə keçiriləcək təlimlərdə məhkəmə qərarlarının ədalətliliyi və onların icrası ilə bağlı Azərbaycan qanunvericiliyi və məhkəmə praktikası, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri müqayisəli şəkildə araşdırılacaq.

Təlimdə iştirak arzusunda olan şəxslər bu barədə aprel ayının 3-nə qədər elektron poçtla ([email protected]) və ya telefonlarla (497 15 88) təşkilatçılara məlumat verməlidirlər.

Seçim zamanı hüquqi və sosial mövzularda yazan jurnalistlərə üstünlük veriləcək. Seminardan sonra həmin mövzuda jurnalistlər arasında musabiqə elan ediləcək.

Təlimdə iştirak edən hər bir jurnalist musabiqədə iştirak etməsi vacibdir.

Təlim iştirakçılarının yol, mehmanxana və yemək xərclərini təşkilatçılar ödəyəcəklər.

Xəbər lenti

Xəbər lenti