...

Təhsil Nazirliyi TQDK sədrinin açıqlamasına aydınlıq gətirib

Cəmiyyət Materials 29 Mart 2012 12:04 (UTC +04:00)
Dünənki konfransda TQDK sədri Məleykə Abbaszadə bəzi mətbuat orqanlarının yazdığı kimi, "saxta diplom" sözünü işlətməyib, orada "qara siyahı" deyib ki, bu da saxta diplom mənasını vermir.
Təhsil Nazirliyi TQDK sədrinin açıqlamasına aydınlıq gətirib

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/

Dünənki konfransda TQDK sədri Məleykə Abbaszadə bəzi mətbuat orqanlarının yazdığı kimi, "saxta diplom" sözünü işlətməyib, orada "qara siyahı" deyib ki, bu da saxta diplom mənasını vermir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə təhsil nazirinin müavini Qulu Novruzov bildirib.

"Bu gün xarici ölkələrdən Azərbaycanın ali təhsil müəssisələrinə köçürülən tələbələr var. Əgər bu gün Türlkiyədə təhsil alan azərbaycanlı tələbə ailə vəziyyəti ilə əlaqədar Azərbaycana köçürsə, TQDK keçirən imtahanda iştirak etmirsə, bunun "qara siyahı"ya salınmasını başa düşmürəm", - nazir müavini deyib.

Novruzov bildirib ki, bu proses qeyri-qanuni hesab olunmur və tam qanunidir.

22 323 diplomun "qara siyahı"ya düşməsi barədə dünən verilən açıqlamaya gəlincə, nazir müavini deyib ki, onlar digər ölkələrdən köçürülən tələbələr ola bilər. "Sadəcə onlar TQDK-nın imtahanlarında iştirak etməyiblər, lakin Təhsil Nazirliyi tərəfindən onlara qanuni diplomlar verilib", - Novruzov deyib.

Qeyd edək ki, dünən "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nin təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bilmişdi ki, 1992-2011-ci illər ərzində 22 332 nəfər TQDK-nın "qara baza"sına düşsə də, onların əlində diplom var.

Xəbər lenti

Xəbər lenti