...

Lerikdə iki azyaşlı uşağını öldürən ataya 15 il iş verilib

Cəmiyyət Materials 30 Mart 2012 17:58 (UTC +04:00)
Lerikdə iki azyaşlı uşağını boğaraq qətlə yetirən ataya hökm oxunub.
Lerikdə iki azyaşlı uşağını öldürən ataya 15 il iş verilib

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir K.Zərbalıyeva/

Lerikdə iki azyaşlı uşağını boğaraq qətlə yetirən ataya hökm oxunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, bu gün keçirilən iclasda Lerikin Kürdəsər kənd sakini, 35 yaşlı Əmrah Xıdır oğlu Süleymanova hökm oxunub.

Məhkəmənin hökmü ilə Süleymanov cəzasının ilk dörd ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən il oktyabrın 22-də Süleymanov iki azyaşlı uşağı - 2 yaşlı Dilbər, 1 yaşlı Filizi yataqlarında boğaraq öldürmüşdü.

Süıleymanov sərxoş vəziyyətdə həyat yoldaşı ilə dalaşıb və onu döyüb. Evdəki davadan qorxuya düşən uşaqlar qışqırıblar. Uşaqların səsi Süleymanovun başını ağrıtdığı üçün yastıqla uşaqların ağzından basaraq öldürüb.

Süleymanov həbs olunub və barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.7 və 120.2.9-cu) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti