...

Sabah Bakıda havanın temperaturu 28 dərəcəyədək yüksələcək, bəzi yerlərdə dumanlı hava davam edəcək

Cəmiyyət Materials 8 Aprel 2012 12:26 (UTC +04:00)
Sabah Bakının bəzi yerlərində dumanlı hava şəraiti davam edəcək.
Sabah Bakıda havanın temperaturu 28 dərəcəyədək yüksələcək, bəzi yerlərdə dumanlı hava davam edəcək

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Sabah Bakının bəzi yerlərində dumanlı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyininin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bazar günü Trend-ə bildiriblər ki, aprelin 9-da Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Yaxın iki gündə Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturların yüksələcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Azərbaycanın rayonlarında aprelin 9-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti