...

Azərbaycanda əlillər üçün aksiya keçiriləcək

Cəmiyyət Materials 10 Aprel 2012 15:32 (UTC +04:00)
Bakıda xeyriyyə aksiyası çərçivəsində əlillərə əlil arabaları bağışlanacaq.
Azərbaycanda əlillər üçün aksiya keçiriləcək

Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir İ.İsabalayeva/

Bakıda xeyriyyə aksiyası çərçivəsində əlillərə əlil arabaları bağışlanacaq.

Aksiyanın təşkilatçılarından olan Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynovanın çərşənbə axşamı Trend-ə bildirdiyinə görə, aksiya müxtəlif səbəblərdən əlil olan insanlarla canlı ünsiyyətdə olmaq və onlara maddi, mənəvi dəstək olmaq imkanı verir. Arabalar Amerika texnologiyası ilə hazırlanıb və Gürcüstandan gətirilib.

Bu arabalar digərlərindən fərqli olaraq yüngül və aşmayandır.

Aksiya sabah keçiriləcək.

Xəbər lenti

Xəbər lenti