...

Səhiyyə Nazirliyi: Azərbaycanda firma blanklarında dərman reseptlərinin yazılması problemi tam həll olunacaq

Cəmiyyət Materials 11 Aprel 2012 14:35 (UTC +04:00)
Azərbaycanda tibb müəssisələri tərəfindən Səhiyyə Nazirliyinin standartlarına cavab verməyən firma blanklarında reseptlərin yazılması problemi artıq 80-90 faiz həll edilib.
Səhiyyə Nazirliyi: Azərbaycanda firma blanklarında dərman reseptlərinin yazılması problemi tam həll olunacaq

Azərbaycan, Bakı, 11 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda tibb müəssisələri tərəfindən Səhiyyə Nazirliyinin standartlarına cavab verməyən firma blanklarında reseptlərin yazılması problemi artıq 80-90 faiz həll edilib. Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev çərşənbə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bəzi özəl tibb müəssisələrində Səhiyyə Nazirliyinin standartlarına cavab verməyən firma blanklarında reseptlərin yazılması hallarına hələ də rast gəlinir.

Bu problemin yaxın zamanlarda tam həll ediləcəyinə ümid edən nazir müavini bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə reseptlər nazirlik tərəfindən təsdiqlənmiş vahid blanka yazılmalıdır. Bu məqsədlə nazirlik tərəfindən blanklar çap olunur, dövlət və özəl tibb müəssisələrinə paylanılır.

Xəbər lenti

Xəbər lenti