...

"Azəriqaz"ın vəzifəli şəxslərinin yol verdiyi saxtakarlıqla bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 12 Aprel 2012 12:43 (UTC +04:00)
"Azəriqaz"ın vəzifəli şəxslərinin yol verdiyi saxtakarlıqla bağlı cinayət işi başlanıb.
"Azəriqaz"ın vəzifəli şəxslərinin yol verdiyi saxtakarlıqla bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 12 aprel / Trend müxbir K.Zərbalıyeva/

"Azəriqaz"ın vəzifəli şəxslərinin yol verdiyi saxtakarlıqla bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Baş Prokurorluq tərəfindən Bakı şəhəri, Nəsimi rayon Qaz İstismarı İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Bakı Apelyasiya Məhkəməsi tərəfindən göndərilmiş təqdimat Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb.

Müəyyən edilib ki, "Azəriqaz" İstehsalat Birliyi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadə edilmiş təbii qaza görə Nəsimi rayon Qaz İstismarı İdarəsinə yaranmış 295 min 724 manat əsas borc məbləğinin ödənilməsini tələb edib.

Həmin müraciət 1 saylı Bakı İnzibati-İqtisadi və Bakı Apelyasiya məhkəmələrində araşdırılarkən Nəsimi rayon Qaz İstismarı İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş aktların saxtalaşdırılaraq institutun əsas borc məbləğinin 33.531 manat olduğu halda 295.724 manat kimi göstərilməsi müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti