...

Aksiya iştirakçıları Gümrüdə Azərbaycan filmləri festivalının keçirilməsinə imkan verməyiblər

Cəmiyyət Materials 12 Aprel 2012 17:30 (UTC +04:00)
Ermənistanın Gümrü şəhərində aksiya iştirakçıları Georgi Vanyanın təşkilatçısı olduğu Azərbaycan filmləri festivalının keçirilməsinə imkan verməyiblər.
Aksiya iştirakçıları Gümrüdə Azərbaycan filmləri festivalının keçirilməsinə imkan verməyiblər

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Ermənistanın Gümrü şəhərində aksiya iştirakçıları Georgi Vanyanın təşkilatçısı olduğu Azərbaycan filmləri festivalının keçirilməsinə imkan verməyiblər.

Trend-in məlumatına görə, Gümrüdə aksiya iştirakçısı Vazgen Martirosyan "PanArmenian" saytının müxbirinə bildirib ki, bir az əvvəl "Asparez" klubunun qapısından çıxan maşınla Vanyan mitinq iştirakçılarından qaçmağa nail olub.

"Biz onu qapıdan buraxmadıq və o getdi. Daha doğrusu, qaçdı. Maşının ardınca yumurta bə başqa əşyalar atıldı", - o deyib.

Piketin bəzi iştirakçıları klubun binasına daxil olaraq danışıqlar aparıblar. Nəticədə Vanyan sakitcə getməyinə icazə verilərsə, filmlərin nümayiş olunmayacağını deyib.

Gümrüdə Qafqaz Sülhyaratma Təşəbbüsləri Mərkəzi Georgi Vanyanın təklifi ilə və ABŞ səfirliyindən alınan qrant hesabına Azərbaycan filmlərinin festivalını keçirmək istəyib. Əvvəllər də belə festivalların keçirilməsinə cəhd göstərilmişdi, lakin uğursuzluqla nəticələnmişdi.

Bundan əvvəl Ermənistanın Tert.am saytı "Qraparak" qəzetinə istinadən Vanyanın hədələnməsi barədə məlumat verib. "Mənə gizli nömrədən zəng etdilər və əgər bu festivalı keçirsəm, məni məhv edəcəkləri ilə hədələdilər", - Georgi Vanyan deyib.

O, festival başa çatdıqdan sonra işin üstünü açmaq üçün mətbuat konfransı keçirməyə hazırlaşırdı. "Mən bu adamların kim olduqlarını, bu zənglərin haradan gəldiyini yaxşı bilirəm, festivaldan sonra konfrans keçirəcəyəm", - Vanyan əlavə edib.

Xəbər lenti

Xəbər lenti