...

Azərbaycan intellektləri "Asiya kuboku"ndan medallarla qayıdıblar

Cəmiyyət Materials 24 Aprel 2012 10:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir M.Əliyev/

Daşkənd şəhərində intellektual oyunlar üzrə 2-ci açıq "Asiya kuboku" keçirilib. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Faiq Hüseynov və Balaş Qasımovun komandaları bu yarışlardan vətənə medallarla qayıdıblar.

"Nə? Nə vaxt? Harada?" oyununda Faiq Hüseynovun komandası ikinci, Balaş Qasımovun komandası üçüncü olub. Bununla yanaşı, "Breyn-rinq" oyununda Balaş Qasımovun komandası üçüncü, "Xəmsə" Milli intellektual oyununda isə Faiq Hüseynovun komandası birinci yerə layiq görülüblər.

Milli intellektual oyun olan "Xəmsə" bu il ilk dəfə ölkədən kənarda keçirilən beynəlxalq turnir çərçivəsində təşkil edilirdi. Yaxın vaxtlarda həmin oyun üzrə yarışlar Praqada "Gümüş qolem" və İsrailin Hayfa şəhərində "Znatokiada" beynəlxalq intellektual turnirləri çərçivəsində də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti