Azərbaycan, Bakı, 2 may / Trend müxbir K.Zərbalıyeva/
Bakıda ötən il ərzində baş verən yol qəzalarında 39 işıqfor vurularaq yararsız hala düşüb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, işıqforların yarasız hala salınması nəticəsində dəyən ziyanın məbləği 107 min manatdır.
Əsədov deyib ki, 29 işıqfora dəyən ziyan qəza törədən sürücü tərəfindən ödənilsə də, 10-u üzrə ziyan ödənilməyib. Həmin ziyanın ödənilməsi üçün məhkəmələrə müraciət olunub və hazırda həmin müraciətlər məhkəmələrin icraatındadır.
Bakı sürücülərinin "hədəfi"
Bakıda ötən il ərzində baş verən yol qəzalarında 39 işıqfor vurularaq yararsız hala düşüb.
