...

Bakıda yeni zooparkın smeta dəyəri hazırlanır

Cəmiyyət Materials 4 May 2012 13:17 (UTC +04:00)
Hazırda Bakıda yeni zooparkın dəqiq yeri, layihə-smeta sənədləri hazırlanır və yaxın vaxtlarda tikintisinə başlanacaq.
Bakıda yeni zooparkın smeta dəyəri hazırlanır

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İ.İsabalayeva/

Hazırda Bakıda yeni zooparkın dəqiq yeri, layihə-smeta sənədləri hazırlanır və yaxın vaxtlarda tikintisinə başlanacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda keçirilən görüşdə çıxışı zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev məlumat verib.

Onun sözlərinə görə, yeni zoopark Ceyranbatan qəsəbəsi yaxınlığında salınacaq.

Quliyev bildirib ki, yeni zooloji park tikildikdən sonra hazırda fəaliyyət göstərən Bakı Zooparkı yeni zooparkın nəzdində fəaliyyət göstərə bilər, amma bununla bağlı yekun qərar verilməyib.

Xəbər lenti

Xəbər lenti