...

Gürcüstanda nəşr olunan "Qarapapaqlar" jurnalının 5 yaşı qeyd olunub

Cəmiyyət Materials 21 May 2012 15:03 (UTC +04:00)
Mətbuat Şurasında (MŞ) "Qarapapaqlar" jurnalının 5 yaşı münasibətilə tədbir keçirilib.
Gürcüstanda nəşr olunan "Qarapapaqlar" jurnalının 5 yaşı qeyd olunub

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir M.Əliyev/

Mətbuat Şurasında (MŞ) "Qarapapaqlar" jurnalının 5 yaşı münasibətilə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş nitqi ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnal Mətbuat Şurası və Dialoq Avrasiya Fondunun birgə təşəbbüsü ilə nəşr olunub.

Sözügedən jurnal Gürcüstanda işıq üzü görüb və bu ölkədə fəaliyyət göstərərək Azərbaycanla bağlı məlumatları öz səhifəsində dərc etdirib.

Tədbirdə qeyd olunub ki, jurnal Azərbaycanla-Gürcüstan arasında iqtisadi əlaqələrin inkişafına töhfə verir.

Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəsi Mustafa Saatçı çıxış edərək bildirib ki, jurnalın nəşri asan başa gəlməyib.

Jurnalın baş redaktoru Akif Xansultanlı bildirib ki, bu aylıq elmi-kütləvi dərgi Azərbaycan-Gürcüstan münasibətlərində elmi əlaqələrin inkişafına nail olmaq kimi öhdəlikləri öz üzərinə götürüb. Burada əsas məqsəd isə Gürcüstanda yaşayan azərbaycanlıların adət-ənələri haqqında məlumatları toplayıb jurnalın səhifəsinə çıxarmaqdır.

Tədbirdə, həmçinin qeyd olunub ki, jurnalın üz qabığında əks olunan şəkillər Gürcüstanın bir növ tarixi ilə bağlıdır.

Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri Cahangir Məmmədli, BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor, filologiya elmləri doktoru Şamil Vəliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərləri çıxış edərək bildiriblər ki, Azərbaycan mətbuatı Gürcüstan ənənələrini bu gün də inkişaf etdirir. Gürcüstan-Azərbaycan münasibətləri, mədəniyyəti, adət-ənənələri bu jurnalda yer alıb.

"Qarapapaqlar" jurnalı Borçalını Azərbaycana tanıtmaqda müstəsna keyfiyyətlərə malikdir.

Tədbirin sonunda Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəsinə mükafat təqdim olunub.

Xəbər lenti

Xəbər lenti