...

Azərbaycanda meteohəssas insanlara xəbərdarlıq edilib

Cəmiyyət Materials 31 May 2012 13:40 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara növbəti xəbərdarlığını edib.
Azərbaycanda meteohəssas insanlara xəbərdarlıq edilib

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara növbəti xəbərdarlığını edib. Nazirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında mövsüm üçün səciyyəvi olan temperatur rejimi meteohəssas insanlar üçün müsbət amil olacaq. Amma iyunun 1-i axşam və iyunun 2-də atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

İyunun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru güclənəcək.

Havanın temperaturunun gecə 16-21, gündüz 27-31 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 1-də əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti