...

Bakı Yol Polisi "Yol hərəkəti qaydaları uşaqların gözü ilə" adlı tədbir keçirib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2012 14:05 (UTC +04:00)
Bakı Yol Polisi "Yol hərəkəti qaydaları uşaqların gözü ilə" adlı tədbir keçirib.
Bakı Yol Polisi "Yol hərəkəti qaydaları uşaqların gözü ilə" adlı tədbir keçirib (FOTO)

Azərbaycan, Bakı, 1 iyun / Trend müxbir K.Zərbalıyeva/

Bakı Yol Polisi "Yol hərəkəti qaydaları uşaqların gözü ilə" adlı tədbir keçirib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı bu gün uşaqların yol qəzalarından qorunması üçün təbliğatın aparılması məqsədilə 46 saylı Məktəbdənkənar tərbiyə işi mərkəzində tədbir keçirilib.

Tədbirdə paytaxt ərazisindəki 30-dan artıq orta məktəbin 200-dən çox şagirdi, valideynlər, yol polisi əməkdaşları iştirak ediblər.

Tədbirdə məktəblilər "Yol hərəkəti qaydaları uşaqların gözü ilə" mövzusunda asfalt üzərində rəsmlər çəkib, yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarını əyani və təcrübi nümayiş etdiriblər. Həmçinin yol hərəkəti qaydaları ilə bağlı səhnələr, şeirlər, mahnılar ifa ediblər.

Tədbirdə sənət ustaları bayram konserti ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti