...

Əfqanıstan Azərbaycanın dövlət qulluğuna qəbulla bağlı təcrübəsini öyrənir

Cəmiyyət Materials 11 İyun 2012 16:09 (UTC +04:00)
Əfqanıstan Azərbaycanın dövlət qulluğuna qəbulla bağlı təcrübəsini öyrənir.
Əfqanıstan Azərbaycanın dövlət qulluğuna qəbulla bağlı təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Əfqanıstan Azərbaycanın dövlət qulluğuna qəbulla bağlı təcrübəsini öyrənir.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, iki ölkənin müvafiq qurumları arasında ötən ilin dekabrında əldə olunmuş razılıq əsasında Əfqanıstan İslam Respublikasının Müstəqil İnzibati İslahatlar və Dövlət Qulluğu üzrə Komissiyasının üzvləri Azərbaycana səfər ediblər.

Əfqanıstan nümayəndə heyəti üçün "Dövlət qulluğuna mərkəzləşdirilmiş qaydada qəbul", "Komissiyanın beynəlxalq əlaqələri və strateji əməkdaşlıq", "Komissiyanın rəsmi saytı və göstərdiyi elektron xidmətlər", "Xidməti fəaliyyətin qiymətləndirilməsi sistemi", "Dövlət qulluğu sisteminin hüquqi tənzimlənməsi", "Dövlət qulluqçularının etik davranış qaydaları" və digər mövzularda təqdimatlar ediləcək.

Proqrama əsasən nümayəndə heyəti iyunun 12-də Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovla görüşdükdən sonra Komissiyanın dövlət qulluğuna qəbulla bağlı test imtahanlarının keçirildiyi test mərkəzi ilə də tanış olacaqlar.

Növbəti günlərdə qonaqlar Heydər Əliyev Fonduna, İqtisadi İnkişaf Nazirliyinə, Nəqliyyat Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna və onun yerli bölmələrinə və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına səfər edəcəklər.

Səfər iyunun 15-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti