...

Azərbaycan sakinlərini istirahət günü hansı hava sürprizi gözləyir?

Cəmiyyət Materials 23 İyun 2012 12:58 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə bildiriblər ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycan sakinlərini istirahət günü hansı hava sürprizi gözləyir?

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İ.İsabalayeva/

Həftənin istirahət günü Azərbaycanda hava şəraiti isti keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə bildiriblər ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22 isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15, gündüz 20-25° isti olacağı gözlənilir.

Yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti