...

Azərbaycanda abituriyentlər üçün ali məktəblərə ixtisas seçiminin vaxtı müəyyənləşib

Cəmiyyət Materials 13 İyul 2012 11:46 (UTC +04:00)
2012-2013-cü tədris ili üzrə Azərbaycanın ali məktəblərinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminin vaxtı müəyyənləşib.
Azərbaycanda abituriyentlər üçün ali məktəblərə ixtisas seçiminin vaxtı müəyyənləşib

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.isabalayeva/

2012-2013-cü tədris ili üzrə Azərbaycanın ali məktəblərinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminin vaxtı müəyyənləşib.

Trend-in məlumatımna görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini Namiq Babayev cümə günü kecirdiyi brifinqdə deyib ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra - avqustun 7-dən 16-dək aparılacaq.

Müsabiqəyə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edəcəklər. III ixtisas qruplarında ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaqlar.

Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa aid ixtisaslarını seçmək istəyən abituriyentlər üçün cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra müəyyən ediləcək.

Babayev deyib ki, ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin eyni ixtisas qrupu üzrə 15-ə qədər ixtisas kodunu seçə bilərlər.

Xəbər lenti

Xəbər lenti