...

Azərbaycanda əhalinin aztəminatlı təbəqəsi üçün sosial dəstək fondu yaradılacaq

Cəmiyyət Materials 13 İyul 2012 12:37 (UTC +04:00)
Azərbaycanda sosial dəstək fondu yaradılacaq. Fondun fəaliyyəti əhalinin aztəminatlı təbəqəsinə dəstək göstərilməsinə istiqamətlənəcək
Azərbaycanda əhalinin aztəminatlı təbəqəsi üçün sosial dəstək fondu yaradılacaq

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanda sosial dəstək fondu yaradılacaq. Fondun fəaliyyəti əhalinin aztəminatlı təbəqəsinə dəstək göstərilməsinə istiqamətlənəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov 2012-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş geniş kollegiya iclasında bildirib.

"Bu əhali qrupu, ünvanlı dövlət sosial yardımları ilə yanaşı, fonddan kiçik biznesin yaradılması üçün kreditlər ala biləcəklər", - nazir deyib.

Ələkbərovun sözlərinə görə, sosial dəstək fondu dövlət vəsaiti hesabına yaradılacaq. Lakin bu vəsaitlər kreditləşdirmə üçün nəzərdə tutulub.

"Sosial yardımlardan fərqli olaraq, bu vəsaitlər qaytarılmalıdır", - nazir qeyd edib.

Onun sözlərinə görə, fondun yaradılması ünvanlı sosial yardımdan (ÜSY) sahibkarlıq məqsədi ilə istifadə edilməsi üçün onların birdəfəlik qaydada alınmasını nəzərdə tutan "Özünədəstək" proqramından sonra ÜSY-nin təkmilləşdirilməsinin növbəti mərhələsi olacaq.

"Bununla da fondun vəsaitləri həmçinin ÜSY alan insanlar üçün nəzərdə tutulacaq", - Ələkbərov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti