...

Yalançı endirim reklamı edən mağazalar cəzalandırılıb

Cəmiyyət Materials 16 İyul 2012 17:59 (UTC +04:00)
Aparılan yoxlama zamanı mağazalarda qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyənləşdirilib.
Yalançı endirim reklamı edən mağazalar cəzalandırılıb

Azərbaycan, Bakı, 16 iyul / Trend müxbir M.Əliyev/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən "Fiesta Geyim" MMC-yə və Z.Əliyeva küçəsi, ev 17 ünvanında Sadıq Sadıqova məxsus mağazalarda aparılan yoxlama zamanı mağazalarda qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyənləşdirilib.

Trend-in məlumatına görə, Xidmətdən bildiriblər ki, mağazaların ön pəncərəsində endirimlərin tətbiq olunması barədə reklamlar verilsə də, satışda olan mallara heç bir endirimin tətbiq edilmədiyi aşkarlanıb. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı müəyyənləşdirilib.

Dövlət Xidməti tərəfindən qeyri-dəqiq reklamların yayımı dayandırılıb, aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti