...

Azərbaycanda ərzaq təhlükəsizliyinin HASP standartının tətbiq olunması təklif edilir

Cəmiyyət Materials 1 Avqust 2012 15:01 (UTC +04:00)
Azərbaycanda ərzaq təhlükəsizliyinin HASP standartının tətbiq olunması təklif edilir.
Azərbaycanda ərzaq təhlükəsizliyinin HASP standartının tətbiq olunması təklif edilir

Azərbaycan, Bakı, 1 avqust / Trend müxbir M.Əliyev/

Azərbaycanda ərzaq təhlükəsizliyinin HASP standartının tətbiq olunması təklif edilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azad İstehlakçılar Birliyinin eksperti Sənan Kərimov bildirib.

Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi sahəsində Azərbaycanın qanunverici bazası günün tələblərinə cavab vermir.

"BMT-nin yeyinti və səhiyyə üzrə birgə komissiyasının tövsiyəsinə görə, bütün ölkələrdə məhsulun tarladan istehlakçının stolunun üstünə çatdırılmasına kimi izlənməsi standartı olan HASP tətbiq olunmalıdır", - Kərimov deyib.

Ekspert bildirib ki, bu standartın tətbiq olunması ilə Azərbaycan məhsullarının beynəlxalq bazarlara çıxarılması da təmin olunacaq.

Onun sözlərinə görə, rəsmi məlumatlara əsasən, bu ilin ötən 6 ayı ərzində 616 zəhərlənmə faktı qeydə alınıb. lakin qeydiyyata düşməyən insanları da nəzərə aldıqda, bu rəqəm daha yüksəkdir.

Xəbər lenti

Xəbər lenti