...

Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin forumunun tarixi açıqlanıb

Cəmiyyət Materials 7 Avqust 2012 15:36 (UTC +04:00)
Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin Vyana forumu 26-27 oktyabr 2012-ci il tarixində baş tutacaq.
Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin forumunun tarixi açıqlanıb

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir M.Əliyev/

Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin Vyana forumu 26-27 oktyabr 2012-ci il tarixində baş tutacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Gənclər Fondunun mətbuat xidmətindən məlumat verilib.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" mövzusunda keçiriləcək forum çərçivəsində Azərbaycan Respublikasının rəsmiləri və ekspertləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərindən, danışıqlar prosesinin hüquqi, humanitar və digər aspektləri ətrafında müzakirələr aparacaq.

Forum Azərbaycanın Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycanın Avstriyadakı səfirliyi, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi və ASAIF-in təşkilatçılığı ilə keçiriləcək.

Forumda hazırda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr, magistrlar və doktorantlar iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti