...

Azərbaycanda peşə məktəblərinin fəaliyyəti genişləndiriləcək

Cəmiyyət Materials 8 Oktyabr 2012 14:38 (UTC +04:00)
Azərbaycanda peşə təhsili müəssisələrinin fəaliyyətinin genişləndirilməsi üçün yeni imkanlar yaradılacaq.
Azərbaycanda peşə məktəblərinin fəaliyyəti genişləndiriləcək

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda peşə təhsili müəssisələrinin fəaliyyətinin genişləndirilməsi üçün yeni imkanlar yaradılacaq.

Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov Trend-ə deyib ki, peşə təhsili müəssisələrinin fəaliyyətinin genişləndirilməsi üçün yeni imkanların yaradılması bu təhsil müəssisələri ilə bağlı yeni hazırlanmış nizamnamədə öz əksini tapıb.

Məmmədov bildirib ki, nizamnamədə peşə təhsili müəssisələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, onların işəgötürülənlərlə əlaqələrinin artırılması nəzərdə tutulub.

Artıq sənəd layihəsi təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim edilib. Yaxın vaxtlarda nizamnamənin təsdiqlənəcəyi gözlənilir.

Məmmədov deyib ki, nizamnamə təsdiqləndikdən sonra bu istiqamətdə iş aparmağa başlayacaqlar.

Onun sözlərinə görə, nizamnamədə peşə təhsili almağın məqsədi, şərtləri, standartlar, qrupların formalaşması, təhsil proqramları, akkreditasiyası kimi məsələlər öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti