...

Bakı yol polisinin 17 əməkdaşı daxili işlər orqanlarından xaric edilib

Cəmiyyət Materials 15 Oktyabr 2012 15:51 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu ilin 9 ayında idarənin 222 əməkdaşına intizam tənbehi tədbiri verilib.
Bakı yol polisinin 17 əməkdaşı daxili işlər orqanlarından xaric edilib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər yol polisinin 220-dən artıq əməkdaşı xidməti fəaliyyətində nöqsanlara yol verdiyi üçün cəzalandırılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu ilin 9 ayında idarənin 222 əməkdaşına intizam tənbehi tədbiri verilib.

Onlardan 61-i zabit, 161-i sıravi əməkdaş olub. 16 sıravi əməkdaş, 1 zabit daxili işlər orqanlarından, 4 zabit və 6 sıravi əməkdaş vəzifədən azad edilib.

9 sıravi əməkdaş, 2 zabit öz arzusu ilə, 4 sıravi əməkdaş, 3 zabit isə yaş həddinə görə daxili işlər orqanlarından xaric edilib.

Əsədov bildirib ki, hesabat dövründə İdarənin 199 əməkdaşı vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə mükafatlandırılıb. Onlardan 77-i zabit, 122-si sıravi əməkdaş olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti