...

Azərbaycan tarixi ilə bağlı Gürcüstanda saxlanılan sənədlər ölkəmizə gətiriləcək

Cəmiyyət Materials 22 Oktyabr 2012 17:20 (UTC +04:00)
Azərbaycan tarixinə dair Gürcüstan arxivlərində saxlanılan sənədlər ölkəmizə gətiriləcək.
Azərbaycan tarixi ilə bağlı Gürcüstanda saxlanılan sənədlər ölkəmizə gətiriləcək

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan tarixinə dair Gürcüstan arxivlərində saxlanılan sənədlər ölkəmizə gətiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan bazar ertəsi Trend-ə verilən məlumata görə, Xarici İşlər Nazirliyi ilə birgə Gürcüstan arxivlərində saxlanılan Azərbaycan tarixinə aid sənədlərin ölkəmizə gətirilməsi ilə bağlı birgə fəaliyyətə başlayıblar. Bu məqsədlə Tarix İnstitutunda və Xarici İşlər Nazirliyində birgə işçi qrupu yaradılıb.

Tarix İnstitutu və Xarici İşlər Nazirliyinin birgə işçi qrupu heyətinin təsdiq olunması barədə Azərbaycan Nazirlər Kabineti qarşısında məsələ qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti