...

Azərbaycanda ictimai iş cəzası ağırlaşdırılır

Cəmiyyət Materials 23 Oktyabr 2012 12:23 (UTC +04:00)
Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin çırşınbıə axşamı keçirilən iclasının gündəliyinə daxil edilir.
Azərbaycanda ictimai iş cəzası ağırlaşdırılır

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir M. Əliyev/

Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin çərşənbə axşamı keçirilən iclasının gündəliyinə daxil edilib.

Trend-in məlumatına görə, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə məhkumların ictimai işlərə cəlb edilməsi ilə bağlı dəyişikliklər öz əksini tapıb.

Qanuna edilən dəyişiklikləri parlament komitəsinin üzvü, deputat Rəfael Cəbrayılov təqdim edib. O qeyd edib ki, Məcəllədə olan müddəalar kifayət qədər köhnəlib.

Dəyşiklərə əsasən, ictimai işlər 80 saatdan 320 saatadək müddətdə müəyyən edilir və gün ərzində 4 saatdan çox ola bilməz.

Bu cəzaya məhkum olumuş şəxs həmin işləri yerinə yertirməkdən qərəzli boyun qaçırsa, məhkəmə ictimai işlərin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edə bilər.

Bu zaman müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti müəyyən edilərkən məhkumun ictimai işləri yerinə yetirdiyi müddət nəzərə alınır və 12 saat ictimai işə 1 gün azadlıqdan məhrumetmə hesabı ilə hesablanır.

Dəyişiklərə görə, eyni zamanda yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: cərimə, ictimai işlər, islah işləri və müəyyən müddətə azadlıqdan məhrum etmə.

Dəyşikliklərdə göstərilir ki, yetkinlik yaşına çatmayan məhkumlara islah işləri 2 aydan 1 ilədək müddətə təyin edilir.

Xatırladaq ki, hazırda qüvvədə olan qanunvericilikdə ictimai işlər 60 saatdan 240 saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz.

Bu cəzaya məhkum olunmuş şəxs həmin işlərin yerinə yetirilməsindən qərəzli boyun qaçırdıqda, ictimai işlər azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir. Bu zaman azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti müəyyən olunarkən məhkumun ictimai işləri yerinə yetirdiyi müddət nəzərə alınır və səkkiz saat ictimai işə bir gün azadlığın məhdudlaşdırılması və ya on iki saat ictimai işə bir gün müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti