Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakı yol polisi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, yağışlı hava şəraiti hələlik paytaxt küçələrində tıxac yaratmayıb.
Bununla belə, bölmə rəisi sürücülərə avtomobili yüksək sürətlə idarə etməməyi, şüşəsiləni işlək olmayan avtomobillərlə yol hərəkətində iştirak etməməyi, ətrafdakıları yağış suları ilə islatmamağı tövsiyə edir.