Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi arasında 2012-2013-cü illər üçün imzalanmış iş planına əsasən, ölkədə milli qidalanma sorğusu keçiriləcək.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu ilin noyabrından başlayacaq sorğu gələn ilin yanvar ayında yekunlaşacaq. Sorğu BMT-nin Uşaq Fondunun texniki yardımı ilə Dövlət Statistika Komitəsi tərəfindən yaradılmış seçmə şəbəkəsi üzrə keçiriləcək.
Sorğu 15-49 yaşlı qadınlar və 0-59 aylıq uşaqlar arasında aparılacaq. Sorğunun nəticələri bu və ya digər məhsulun mikroelementlərlə zənginləşdirilməsi üçün işlənib hazırlanacaq.
Sorğudan əldə edilən məlumatlar növbəti 4-5 il üçün istifadə olunacaq.