...

Misir Mərdanov ali məktəblərə tapşırıq verdi

Cəmiyyət Materials 13 Noyabr 2012 16:10 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov ali təhsil müəssisəsində çalışan işçilərin vəzifə maaşlarının əmək qanunvericiliyinin və müvafiq normativ-hüquqi aktların tələbləri gözlənilməklə sərbəst şəkildə müəyyən etməsi üçün ali məktəb rəhbərlərinə tapşırıq verib.
Misir Mərdanov ali məktəblərə tapşırıq verdi

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov ali təhsil müəssisəsində çalışan işçilərin vəzifə maaşlarının əmək qanunvericiliyinin və müvafiq normativ-hüquqi aktların tələbləri gözlənilməklə sərbəst şəkildə müəyyən etməsi üçün ali məktəb rəhbərlərinə tapşırıq verib.

Təhsil Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Misir Mərdanov "Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarının ləğvi barədə qərarın tətbiq edilməsi üçün əmr imzalayıb.

Bu əmrə əsasən, "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2010-cu il 10 fevral tarixli fərmanının icrasına uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirildiyi üçün ali məktəb rəhbərləri rəhbərlik etdikləri ali təhsil müəssisəsində çalışan işçilərin vəzifə maaşlarının əmək qanunvericiliyinin və müvafiq normativ-hüquqi aktların tələbləri gözlənilməklə sərbəst şəkildə müəyyən etməlidirlər. Rəhbərlər həm də işçilərlə əmək qanunvericiliyinin tələblərinə uyğun müqavilələrin bağlanılmasını və bu qərarın icrasından irəli gələn digər məsələlərin həllini təmin etməlidirlər.

Nazirliyin bir neçə məsul şəxsinə qərarın icrasına mütəmadi nəzarət etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti