...

BMT: Azərbaycan regionda lider dövlət kimi "yaşıl iqtisadiyyat"ın inkişafında mühüm rol oynayacaq

Cəmiyyət Materials 15 Noyabr 2012 12:03 (UTC +04:00)
Azərbaycan regionda lider dövlət kimi "yaşıl iqtisadiyyat"ın inkişafında mühüm rol oynayacaq. Trend-in məlumatına görə, bunu bu gün Bakıda "yaşıl iqtisadiyyat" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı BMT-nin Ətraf Mühit Proqramının regional direktoru Jan Dusik bildirib.
BMT: Azərbaycan regionda lider dövlət kimi "yaşıl iqtisadiyyat"ın inkişafında mühüm rol oynayacaq

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan regionda lider dövlət kimi "yaşıl iqtisadiyyat"ın inkişafında mühüm rol oynayacaq. Trend-in məlumatına görə, bunu bu gün Bakıda "yaşıl iqtisadiyyat" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı BMT-nin Ətraf Mühit Proqramının regional direktoru Jan Dusik bildirib.

Onun sözlərinə görə, "yaşıl iqtisadiyyat"ı inkişaf etdirmək yalnız qəbul olunan sənədlərdən asılı deyil, bunun üçün insanların köməyi də lazımdır.

Dusik qeyd edib ki, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün "yaşıl iqtisadiyyat" dayanıqlı inkişafa söykənməlidir. Hər kəs başa düşməlidir ki, "yaşıl iqtisadiyyat"ın inkişaf etdirilməsi qanunvericiliyin tələbi yox, müasir zamanın əsas qanunu və tələblərindən biridir.

"Bu işlərə bütün dünyada 2008-ci ildən başlanılıb. "Yaşıl iqtisadiyyat"ı inkişaf etdirməklə onun mühüm irəliləyişinə nail olmaq olar", - o bildirib

BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə regional kordinatoru Mahir Əliyev isə jurnalistlərə açıqlamasında deyib ki, "yaşıl iqtisadiyyat"ın yaradılması üçün Azərbaycanda əlverişli şərait var. Bu istiqamətdə görülən işləri də BMT çox yüksək qiymətləndirir.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə əsasən 3 sahə araşdırılır və öyrənilir. Bunlar energetika, kənd təsərrüfatı və nəqliyyat sahələridir.

Bu sahələrdə "yaşıl iqtisadiyyat"a keçid üçün mühüm potensial var. Azərbaycanda xüsusilə energetika sahəsində bərpa olunan enerjidən istifadə, aqrar sektorun müasir tələblərə əsasən inkişafı, nəqliyyat sahəsində seçim zamanı mövcud texnologiyalara üstünlük verilməsi üçün bütün münbit şəraitlər mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti