...

"Azərsun Holdinq"in dəstəyi ilə növbəti sosial layihəyə start verilib (FOTO)

Cəmiyyət Materials 19 Noyabr 2012 16:36 (UTC +04:00)
"AİESEC Azərbaycan" Beynəlxalq Tələbə Gənclər Təşkilatının təşkil etdiyi "View the World - Refugee Camp" (Dünyanı Tanı - Qaçqın Düşərgəsi) layihəsi Gənclər və İdman Nazirliyi və "Azərsun Holdinq"in dəstəyi ilə həyata keçirilir.
"Azərsun Holdinq"in dəstəyi ilə növbəti sosial layihəyə start verilib (FOTO)

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

"AİESEC Azərbaycan" Beynəlxalq Tələbə Gənclər Təşkilatının təşkil etdiyi "View the World - Refugee Camp" (Dünyanı Tanı - Qaçqın Düşərgəsi) layihəsi Gənclər və İdman Nazirliyi və "Azərsun Holdinq"in dəstəyi ilə həyata keçirilir.

Holdinqdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində Biləsuvar, Ağdam və Goranboy rayonlarında qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş şəhərciklərdə müxtəlif təlimlər keçiriləcək.

Bu layihə 8-18 yaş arası 180 tələbənin ingilis dili, kompüter və digər önəmli sahələr üzrə bacarıq və biliklərinin inkişaf etdirilməsini nəzərdə tutur. Bunun üçün Avstriya, Mərakeş, Hindistan, İtaliya və s. ölkələrin AİESEC üzvlərindən ibarət 6 ixtisaslaşmış təlimçi dəvət olunub.

Təlimçilər müvafiq rayonlar üzrə seçilmiş məktəblərdə əvvəlcədən tərtib edilmiş qrafik üzrə dərs keçəcək, digər ölkələrin mədəniyyəti haqqında da tələbələri məlumatlandıracaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti